Avropa Yenidənqurma və İnkişaf Bankının direktorları Azərbaycana səfər edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının direktorları Azərbaycana səfər edəcək

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarəedici direktoru Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə siyasət və tərəfdaşlıq üzrə idarəedici direktoru Matteo Patrone Azərbaycana səfər edəcəklər.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, AYİB rəsmilərinin səfəri yanvarın 16-19-na planlaşdırılıb.

"AYİB-in nümayəndə heyəti Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcək, diplomatik ictimaiyyətin nümayəndələri, beynəlxalq inkişaf tərəfdaşları və biznes müştəriləri ilə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə görüşlər gözlənilir", - AYİB-dən bildiriblər.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Gürcüstan və Ermənistana da səfər edəcək.

Xatırladaq ki, AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə, bank Azərbaycana 185 layihə üzrə 3,656 milyard avrodan çox sərmayə qoyub.