
Bakı. TurkicWorld:
Müsəlman Alimlər Birliyinin qurucusu və keçmiş sədri Şeyx Yusif əl-Qaradavi 96 yaşında vəfat edib.
TurkicWorld-un məlumatına görə, İslam dünyasının tanınmış alimlərindən sayılan Qaradavi 1926-cı ildə Misirdə anadan olub.
1954-cü ildə Əzhər Usulu'd-Din fakültəsini bitirən Karadavi, Misir başda olmaqla bir çox ərəb ölkəsində mühüm vəzifələr də işləyib.
Dini mövzularda 150-yə yaxın əsəri dünya dillərinə tərcümə olunan alim, ömrü boyu müsəlmanların problemləri ilə maraqlanaraq bir çox ölkədə konfrans, simpozium və seminarlarda iştirak edib.
Qeyd edək ki, Qaradavi 1960-ci ildən bu yana Qatərdə yaşayıb.