Son dəqiqə

BMT İran ABŞ BMT Baş Assambleyası ABŞ- İran gərginlikləri İran və ABŞ arasında dolayısı danışıqlar ABŞ İran gərginliyi İsmayıl Bəqai

ABŞ İranlı diplomatlara qarşı sistematik təzyiq göstərir - İran

BAKI, TurkicWorld, Nailə Babazadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, BMT Baş Assambleyası üçün Nyu-Yorka gələn iranlı diplomatlara qarşı ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib.

TurkicWorld xəbər verir ki,İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında paylaşım edərək bildirib ki, ABŞ hökumətinin Nyu-Yorkda olan iranlı diplomatlara və onların himayəsində olan şəxslərə qarşı tətbiq etdiyi artan məhdudiyyətlərin əsas məqsədi, İranın Birləşmiş Millətlər Təşkilatındakı diplomatik fəaliyyətini pozmaqdır.

Bəqayi, ABŞ-ın iranlı diplomatlara tətbiq etdiyi məhdudiyyətləri "sistemli təzyiq" kimi qiymətləndirib və bu məhdudiyyətlərin iranlı diplomatların Nyu-Yorkda bir çox tədbirdə iştirak etməsinin qarşısını aldığını qeyd edib.

"Diplomatlarımızın hərəkətlərinə və hətta gündəlik alış-verişlərinə bu qədər ucuz məhdudiyyətlər qoymaq, təkcə ABŞ-ın BMT Baş Qərargahı haqqında Saziş çərçivəsindəki öhdəliklərinin açıq şəkildə pozulması deyil, həm də ABŞ hökumətinin iranlılara qarşı düşmənçiliyinin səviyyəsini göstərən yeni bir alçaqlıqdır." - deyə Bəqayi əlavə edib

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot isə verdiyi açıqlamada bildirmişdi ki, iranlı rəsmilər yalnız "BMT Baş Assambleyasındakı rəsmi vəzifələrini yerinə yetirmək üçün BMT-nin qərargahına gedib-gəldikləri sahə ilə məhdudlaşdırılacaq."

Mövzuya görə xəbərlər