Son dəqiqə

Böyük Britaniya Misir Qahirə Böyük Britaniyanın Qahirədəki səfirliyi səfirliyin bağlanması Britaniyanın Qahirədəki səfirliyi Qahirədəki Böyük Britaniya səfirliyi

Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binası müvəqqəti bağlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə səfirliyin yaydığı açıqlamada deyilir.

Bildirilib ki, qərarın səbəbi Misir hakimiyyətinin diplomatik nümayəndəliyin mühafizəçilərini geri çağırması olub.

“31 avqust bazar günü Misir hakimiyyəti Qahirədəki Böyük Britaniya səfirliyinin əsas binasını qoruyan təhlükəsizlik qüvvələrini geri çəkmək qərarı verib. Bu fonunda səfirliyin binasının vəziyyət dəyişənədək bağlanmasına qərar verilib” - deyə, açıqlamada vurğulanıb.

Qeyd edək ki, Misir tərəfi hadisə ilə bağlı hələ heç bir şərh verməyib.

Mövzuya görə xəbərlər