Son dəqiqə

NATO Finlandiya

Finlandiya ordusu “Kalaşnikov”dan imtina edir

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Finlandiya Silahlı Qüvvələri sovet istehsalı "Kalaşnikov" əsasında hazırlanmış avtomatlardan imtina edərək Qərb standartlarına uyğun müasir hücum tüfənglərinə keçəcək.

TurkicWorld xəbər verir ki, ölkənin SAKO şirkəti ordunun silahlanmasına daxil edilməsi planlaşdırılan "Sako ARG" avtomat tüfənglərinin bir neçə modelini təqdim edib.

Hazırda Finlandiya əsgərləri əsasən "AK-47" əsasında hazırlanmış "RK 62" və modernləşdirilmiş "RK 95" avtomatlarından istifadə edirlər. Yeni "Sako ARG" silahları isə Finlandiya və İsveç orduları ilə birgə hazırlanıb və Arktika şəraitində istifadəyə xüsusi uyğunlaşdırılıb.

Mütəxəssislər qərarın həm də simvolik məna daşıdığını bildirirlər: 7,62 mm kalibrli odlu silahlar daha çox Şərqi Avropada istifadə olunursa, 5,56 mm kalibrli silahlar əsasən NATO ölkələrində yayılıb.

Xatırladaq ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.

Mövzuya görə xəbərlər