Son dəqiqə

İran Əfqanıstan

İrandan 1,2 milyon Əfqanıstan vətəndaşı çıxarılıb

Bakı. TurkicWorld

21 mart 2025-dən bəri İrandan 1,2 milyon Əfqanıstan vətəndaşı çıxarılıb.

TurkicWorld-in məlumatına görə, bunu İranın daxili işlər naziri Eskəndər Momeni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İrandan çıxarılan miqrant əfqanların 70%-i ölkəni tərk etmək üçün könüllü şəkildə müraciət edib.

İranlı nazir qeyd edib ki, ilin sonunadək (20 mart 2026) ölkədən 2 milyon Əfqanıstan vətəndaşının öz ölkəsinə qaytarılacağı gözlənilir.

Mövzuya görə xəbərlər