Son dəqiqə

Rusiya Gömrük tarifi neft Hindistan Donald Tramp ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi Trampın fərmanları Ticarət tarifləri İkitərəfli tariflər Yeni tarif siyasəti Tarif siyasəti Tramp administrasiyası ABŞ tarifləri 2025 ABŞ idxal tarifləri

ABŞ Hindistana tətbiq olunan rüsumu 50 faizə qaldırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov – ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb və bununla da Hindistana qarşı ümumi rüsum dərəcəsi 50 faizə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Hindistan hökuməti hazırda Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edir” - deyə, Tramp bildirib.

“Mövcud qanunvericiliyə uyğun olaraq, Hindistandan ABŞ-ın gömrük ərazisinə idxal edilən mallara əlavə 25 faiz dəyər vergisi tətbiq ediləcək” - deyə, sərəncam sənədində qeyd olunub.

Bundan əvvəl, Tramp Hindistanın Rusiyadan hərbi texnika və enerji aldığına görə 25 faizlik rüsumla yanaşı cərimə də ödəyəcəyini bildirmişdi. O vaxt bunun necə həyata keçiriləcəyi dəqiq məlum deyildi.

Lakin Tramp çərşənbə axşamı bəyan edib ki, Hindistan "Rusiya nefti aldığı və müharibə maşınını qidalandırdığı üçün” qarşıdakı 24 saat ərzində rüsumları “çox ciddi şəkildə artıracaq.”

“Əgər onlar bunu edəcəksə, mən heç də məmnun olmayacağam" – deyə, Tramp CNBC telekanalına verdiyi müsahibədə bildirib.

Mövzuya görə xəbərlər