Son dəqiqə

BMT Uran zənginləşdirilməsi İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi

İran uranı zənginləşdirməyə davam edəcək, bu hüquqdan imtina yoxdur - İranın BMT-dəki nümayəndəsi

BAKI, TurkicWorld

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehran administrasiyası tərəfindən həyata keçirilən uranın zənginləşdirilməsi prosesinin “heç vaxt dayanmayacağını” bildirib.

TurkicWorld xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, İrəvani CBS telekanalının “Face the Nation” proqramında qonaq olarkən İranın uranın zənginləşdirilməsi proqramını dəyərləndirib.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) işarə edən İrəvani vurğulayıb ki, nüvə silahı olmayan ölkələrin müəyyən qaydalara riayət etmək şərti ilə dinc nüvə texnologiyalarından, o cümlədən uranın zənginləşdirilməsindən istifadə etmək hüququ var.

İrəvani uranın zənginləşdirilməsi proqramının İranın haqqı olduğuna diqqət çəkərək, “Zənginləşdirmə bizim haqqımızdır, ayrılmaz bir haqqımızdır və biz bu haqqı həyata keçirmək istəyirik” - deyə qeyd edib.

İravani, jurnalistin İranın uranı zənginləşdirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualına "Məncə, (uranın) zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq" cavabını verib.

Mövzuya görə xəbərlər