Son dəqiqə

İran ABŞ Donald Tramp Seyid Əli Xamenei Nüvə proqramları Tramp İran nüvə razılaşması

İran və ABŞ arasında nüvə qarşıdurması yenidən alovlanır

BAKI,TurkicWorld

İran uran zənginləşdirmə üçün heç kimdən icazə almayacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri İranin dini lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Xamenei çıxışında İranın uran zənginləşdirmə üçün heç kimdən icazə almayacağını vurğulayıb və ABŞ rəsmilərini əsassız bəyanatlardan çəkinməyə çağırıb.

Həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranın uran zənginləşdirmə hüququ müzakirə olunmayacaq. O, ABŞ-ın dolayı danışıqlarda irəli sürdüyü tələbləri “məntiqsiz və əsassız” adlandırıb.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə sonu İranın zənginləşdirmə fəaliyyətindən tamamilə imtina etmədiyi halda hər hansı sazişin mümkün olmayacağını bəyan edib. Vitkoff, bu məsələnin Tramp administrasiyası üçün “qırmızı xətt” olduğunu bildirib.

Əraqçi isə bu sözlərə dərhal cavab verildiyini və İranın zənginləşdirmə hüququnun heç vaxt danışıqlar predmeti olmayacağını bəyan edib.

Mövzuya görə xəbərlər