İsrail Qəzza zolağı HƏMAS

Qəzza barədə danışıqlara hazırıq - HƏMAS

Bakı, TurkicWorld

HƏMAS Qəzzaya edilən hücumların dayandırılmasına dair əvvəlki təşəbbüslərə məsuliyyətlə yanaşır və danışıqları davam etdirməyə hazırdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə HƏMAS lideri Mahmud Mərdavinin verdiyi açıqlamada deyilir.

Mərdavi, Qəzzada humanitar yardımın çatdırılması və siyasi təşəbbüslərin irəli sürülməsi istiqamətində müxtəlif təklif və təşəbbüslərin gündəmə gəldiyini bildirib.

Merdavi, HƏMAS-ın bu çərçivədə Qəzzadan geri çəkilmə, əsir mübadiləsi, yenidənqurma prosesinin başlanması və blokadanın aradan qaldırılması kimi addımlara məsuliyyətlə yanaşdığını bildirib.

“HƏMAS bu təşəbbüslərə məsuliyyətlə və ciddiyyətlə yanaşır. Lakin İsrail razılaşmanı pozdu, vasitəçilərə verdiyi vədlərə əməl etmədi və yenidən qətliam siyasətinə qayıtdı. Bu addımı təkcə işğalçının təkəbbürünü nümayiş etdirmir, eyni zamanda beynəlxalq ictimaiyyəti də yeni bir sınaqla üz-üzə qoyur. Onlar ya ədalətə uyğun hərəkət edəcəklər, ya da ikili standart siyasətini davam etdirəcəklər. Bu vəziyyət təkcə Fələstinin deyil, bütün regionun sabitliyini təhdid edir”, - deyə Mərdavi qeyd edib.

Son olaraq Merdavi, bütün ərəb və İslam dünyasına, azad xalqlara və qurumlara müraciət edərək, səssizliyi pozmağa, yalnız simvolik bəyanatlarla kifayətlənməməyə və Fələstin, Qüds və ümmətin əsas məsələsinə sahib çıxmaq üçün konkret addımlar atmağa çağırıb.

Mövzuya görə xəbərlər