Son dəqiqə

Somali təyyarə qəzası

Somalidə təyyarə qəzası baş verib - Ölənlər var

Bakı, TurkicWorld

Somalinin paytaxtı Moqadişoda təyyarə qəzası baş verib

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Somali Mülki Aviasiya İdarəsi (SCAA) məlumat verib.

Məlumata görə, Somalinin cənubundan qalxan "DHC-5D Buffalo" tipli təyyarə Moqadişodan təxminən 24 kilometr cənub-qərb istiqamətinə düşüb. Hadisə yerli vaxtla saat 17:40-da baş verib.

İlkin məlumata görə, təyyarə qəzasında 5 nəfər ölüb. Ölənlərin hamısı Keniya vətəndaşıdır.

Somali hökuməti isə verdiyi açıqlamada bildirib ki, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma başlanılıb.

Mövzuya görə xəbərlər