Son dəqiqə

İran Suriya

Tehran Suriya müxalifətinin liderləri ilə birbaşa ünsiyyətdədir

Bakı, TurkicWorld

İranın yüksək rütbəli rəsmisi Tehranın müttəfiqinin devrilməsindən sonra Suriyada yeni rəhbərlikdəki fraksiyalarla əlaqə saxlamaq üçün birbaşa kanal yaradıb.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, bu gələcəkdə iki ölkənin düşmən olmasının qarşısını almaq üçün atılan xəruru addımdır.

“Münasibətləri sabitləşdirmək və bölgədə daha da gərginlikdən qaçmaq üçün Suriya müxalifət liderləri ilə ünsiyyət lazımdır”-deyə adı açıqlanmayan İran rəsmisi bildirib.

Qedy edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.

Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.

Mövzuya görə xəbərlər