Son dəqiqə

İran Suriya Bəşər Əsəd

Suriyanın gələcəyini müəyyən etmək xalqın borcudur - İran XİN

Bakı,TurkicWorld

Suriyanın gələcəyini müəyyənləşdirmək yalnız Suriya xalqının üzərinə düşür və kənardan heç bir məcburiyyət ola bilməz.

TurkicWorld xəbər verir ki, Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qrupların bazar günü səhər saatlarında paytaxt Dəməşqi ələ keçirməsindən sonra İran Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Rusiya Xarici İşlər Nazirliyinin bazar günü verdiyi açıqlamada Suriya lideri Bəşər Əsədin sülh yolu ilə istefa verdiyi və ölkəni tərk etdiyi bildirilib.

Bu inkişafdan sonra bütün gözlər Suriyada qurulacaq yeni hökumətə çevrildi.

İranın bəyanatında “bütün suriyalıları təmsil edən inklüziv idarəetmə strukturunun yaradılması üçün milli dialoqun başlanması” çağırılıb. Bunun həllinin hərbi qarşıdurmaların dərhal dayandırılması və terror fəaliyyətlərinin qarşısının alınması olduğu bildirilib.

Dəməşqin müxalifət tərəfindən ələ keçirilməsindən sonra ərəb mediasında İranın paytaxtdakı səfirliyinə basqın edildiyi və içindəki əşyaların qarışdığı və ya sındırıldığı xəbəri yayıldı.

Digər tərəfdən, Suriyada dövlət qurumlarında və ya ziyarətgahlarda çalışan iranlıların bazar günü səhər tezdən ölkələrinə qayıtdıqları bildirilib.

Qeyd edək ki, Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi. Bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb.

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.

Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.

Mövzuya görə xəbərlər