Son dəqiqə

Emmanuel Makron

Qafqazda hüququ gözardı edən Makron, ədaləti dəstələdiyini deyir

Bakı, TurkicWorld

Azərbaycanən öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, Qarabağın yerini xəritədə belə tanımayan Fransa Prezidenti Emmanule Makron, İsrail-Ərəb münaqişəsində ədaləti dəstələdiyini deyir.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Annahar qəzetinə verdiyi müsahibədə jurnalist Randa Təqiəddinin “Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanımasına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışmağa davam edəcəksinizmi? Fransanın müstəqil məhkəmə sistemi həbs qərarını icra edə bilərmi?” sualına cavab olaraq “Biz həmişə beynəlxalq ədaləti dəstəkləmişik.”-deyib.

Maraqlıdır Qafqazı qana bulamaq üçün Azərbaycanın sülh təklifini hələ də imzalamayan Ermənistanı silahlandıran Makron, nədənsə bu fikrə Səudiyyə Ərəbistanına səfərindən sonra gəlib.

“Fransa beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirəcək, bu halda və bütün digər məsələlərdə”-deyən Makron niyə Azərbaycanı undur sualı hələ də aktuallığını qoruyub saxlayır. Ermənistanla xristina həmrəyliyi edən və bunun gizlətməyən Makron İslam dünyası ilə həmrəylik xülyasındadır.

Təəssüflər olsun ki, Fransanın ikiüzlü siyasəti hələ də davam etməkdədir. İstisnasız olaraq bütün İslam dünyası və eləcə də, Azərbaycan Parisin riyakar siyasətinin nə olduğunu gözəl bilir.

Əlcəzair xalqı fransız müstəmləkə şüurunun milyonlara günahsız insanı necə qətl etdiyini hələ də unutmayıb.

Mövzuya görə xəbərlər