Bakı, TurkicWorld\ArabAz
İsrail-Fələstin müharibəsində rəsmi bəyanatlarda və bəyannamələrdə təkrarlanan “iki dövlətli həll” ifadəsi çox vaxt sülhə gedən yol kimi təqdim olunur. Yaxşı, iki dövlətli həll yolu nədir?
İki dövlətli həll ideyası İordan çayı ilə Aralıq dənizi arasında yerləşən tarixi Fələstin ərazisini iki dövlətə: İsrail və Fələstinə bölmək məqsədi daşıyır. İdeya, əsasən, ləğv edilməli olan yəhudi yaşayış məntəqələri üçün kompensasiya olaraq, İsrail və Fələstin arasında torpaq mübadiləsi yolu ilə Qəzzada və İordan Çayının Qərb Sahilinin böyük bir hissəsində Fələstin Dövlətinin yaradılmasına əsaslanır.
Digər tərəfdən, iki dövlətli həll tərəfdarları Fələstin sərhədlərinin altı günlük müharibədə İsrailin Fələstin ərazisini ilhaq etməsindən əvvəl mövcud olan sərhədlərə tanınmasına çalışırlar.
Burada xatırlatmaq yerinə düşər ki, Fələstin Azadlıq Təşkilatı 1993-cü ildə Fələstin Milli Administrasiyasının yaradılmasına səbəb olan Oslo razılaşmasından sonra bu həll yolunun həyata keçirilməsi planı üzərində razılaşıb. Bundan əlavə, Misir və İordaniya Krallığı iki dövlət həllini dəstəkləyən mühüm ərəb ölkələri sırasındadır.
Fələstindəki müqavimət hərəkatları, xüsusən də HƏMAS iki dövlətli həlli rədd edir, lakin liderlərinin bəzi bəyanatları işğalçı İsraili tanımamaq şərti ilə bu həlli bəyəndiklərini göstərir. Onlar müqaviməti davam etdirəcəklərini və Fələstin torpağının bir qarışını belə işğala buraxmayacaqlarını iddia edirlər.
İsrailin iki dövlətli həllə yanaşması
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının ən qatı əleyhdarlarından biridir və İsrail tarixinin ən radikal hökumətinə rəhbərlik edir.
Digər tərəfdən, İsraildə də bu münaqişəyə son qoymaq üçün iki dövlətli həll yolunu dəstəkləyən hərəkat var. Onların fikrincə, bölgü aparıldıqdan sonra Qüds hər iki dövlətin paytaxtı olacaq.
Qeyd edək ki, “Əl-Əqsa Tufanı” müharibəsinin başlamasına həftələr qalmış Netanyahu Birləşmiş Millətlər Təşkilatının tribunasından iki dövlətli həll ideyasının artıq keçmişdə qaldığını və İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasının zəruriliyini bəyan etmişdi..Lakin Əl-Əqsa tufanı İsrailin irəliləyişinə mane olan və normallaşma prosesini dayandıran amil idi.