Bakı, TurkicWorld
HƏMAS və FƏTH hərəkatı müharibənin ertəsi günü Qəzza zolağının idarə olunması üçün “İcmaya Dəstək Komitəsi” adlı bir komitə yaratmağa razılaşıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, məlumat hər iki hərəkat tərəfind\n təsdiqlənib.
“Son iki gün ərzində Misirdəki qardaşlarımızın himayəsi altında Qahirədə keçirilən konstruktiv dialoqdan sonra HƏMAS və FƏTH təşkilatı “İcmaya Dəstək Komitəsi” yaratmaq üçün saziş layihəsi üzərində razılığa gəldilər”-deyə HƏMAS rəsmisi bildirib.
FƏTH rəsmisi qeyd edib ki, prezident Mahmud Abbas “müqavilə layihəsini təsdiqlədikdən sonra bu komitənin təyin edilməsi haqqında prezident fərmanı verəcək”
Qeyd edək ki, daha öncə HƏMAS Qəzzada Livan razılaşmasına bənzər “tədrici” razılaşmaya həmişəkindən daha açıq olduğunu bildirmişdi və bu hərəkatın İsrailin Qəzzadan dərhal deyil, tədricən çıxarılmasını qəbul etmək istəyini ehtiva edir.