Bakı, TurkicWorld
İsrail Qəzzada sülhün “qaçılmaz” olduğunu bilir və eyni zamanda Tel-Əviv Qəzzaya nəzarət etmək niyyətində deyil.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bu gün Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə birgə mətbuat konfransında deyib.
O, qedy edib ki, “İsrail HƏMAS-ın əlində olan girovları geri qaytarmaqla və hərəkatın Zolağa nəzarət etməməsini təmin etməklə, “məqsədlərinə çatdıqda” Qəzzada müharibəyə son qoyacaq.”
Bundan əlavə, Saar qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta qarşı həbs orderi verməsi üçün “heç bir əsası yoxdur”.
O, İsrailin qərardan apellyasiya şikayəti verdiyini və bunun təhlükəli presedent yaratdığını bildirib.