Son dəqiqə

İsrail Livan

İsrail ordusu Livanın bir sıra bölgələrini bombalayıb

Bakı, TurkicWorld

İsrail ordusu Livanda Hizbullah Hərəkatına aid olduğunu iddia etdiyi hədəflərə yeni hava zərbələri endirib.

TurkicWorld xəbər verir ki, bu barədə Livan KİV-ləri məlumat yayıblar.

Livan mənbələri və sosial media istifadəçiləri İsrail döyüş təyyarələrinin Livanın cənubundakı yaşayış məntəqələri yaxınlığında və Litani çayı ətrafındakı dağlıq bölgələrə və vadilərə endirdiyi hava hücumlarında partlayışların görüntülərini paylaşıblar.

Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri 40 dəqiqə ərzində ölkənin cənubundakı qəsəbələrə 50-dən çox hava hücumu həyata keçirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər