Bakı, TurkicWorld
Misir arxeoloqu və keçmiş Əsərlər naziri Zahi Havas Almaniyadan 3400 illik Nefertiti büstünün geri alınması üçün kampaniyaya başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Zahi Havas Qahirədə Əmir Taz sarayında keçirilən tədbirdə açıqlama verib.
Havas bildirib ki, Nefertiti büstü Misirdən qeyri-qanuni yollarla çıxarılıb.
“Tarixi-estetik dəyərinə görə tarixdə bənzəri olmayan bu möhtəşəm büst hazırda Almaniyadadır, lakin onun vətəni Misirə qayıtmasının vaxtı çatıb.” – deyə o qeyd edib.
Misirdə tapılan əsərlərin qanuni olaraq geri qaytarılması üçün tələblərinin olmadığını vurğulayan Havas, Misirdən qeyri-qanuni yollarla götürüldüyünü söylədiyi Nefertiti büstünün geri gətirilməsi üçün başladığı kampaniyaya dəstək istəyib.
Xatırladaq ki, Havas daha əvvəl büstün Misirə qaytarılması üçün Almaniyanın Antik Əsərlər üzrə Ali Şurasına müraciət edib.
Misir büstün alınması və çıxarılması prosesinin qeyri-qanuni baş verdiyini iddia edərkən, Almaniya hökuməti sözügedən büstün Prussiya tərəfindən alındığını sübut edən hüquqi sənədlərin olduğunu və bu səbəbdən Nefertiti büstünün Misirə qaytarıla bilməyəcəyini iddia edib.
Hafiz Rufizoğlu