Bakı,TurkicWorld
Almaniyada yüzlərlə nümayişçi LGBT-nin təşkil etmək istədiyi tədbirə qarşı etiraz aksiyası keçirərək əngəl olmağa cəhd edib.
TurkicWorld xəbər verir ki, nümayişçilər Christopher Street Day-in bir hissəsi olan LGBT tədbirini pozmaq üçün Leypsiq şəhərinə gəlib. Lakin yüzlərlə etirazçı Leypsiq Mərkəzi Stansiyasına gələrkən alman polisi onları vağzalın içərisində saxlayıb.
Polis etirazlarda konstitusiyaya zidd simvollardan istifadə edilməsindən şübhələndiyini bildirib.
Leypsiq rəsmilərinin bildirdiyinə görə, LGBT tədbirinin əleyhinə planlaşdırılan mitinq üçün minə yaxın insan qeydiyyatdan keçib.
Onu da əlavə edək ki, LGBT-nin tədbiri şənbə günü gücləndirilmiş təhlükəsizlik tədbirləri və ətrafı mühasirəyə alan polisl nəzarətində başlayıb. Həmçinin, nümayişlərə Saksoniya və Almaniyanın digər əyalətlərindən yüzlərlə polis məmuru göndərilib.
Qeyd edək ki, xəbəri verən "Euronews" kanalı LGBT tədbirinə qarşı etiraz edib qarşı çıxmağa çalışan şəxsləri ifrat sağçı, ekstremist şəxslər olaraq qələmə verib.