Bakı, TurkicWorld
İsrailin Qəzza zolağında son 48 saatda həyata keçirdiyi hücumlarda 142 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında son 48 saatda həyata keçirdiyi 3 qırğında 142 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilib.
Xatırladaq ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayının 39 min 897, yaralı sayının isə 92 min 152-yə yüksəldiyi qeyd edilib.
Bundan əlavə, avqustun 10-da Qəzza şəhərindəki Tabin məktəbində soyqırım törədən İsrail döyüş təyyarələri tərəfindən həyata keçirilən qətliamda ölən və yaralananların şəxsiyyəti məlum olmayanların da bu saya daxil olmadığı bildirilib.
Hafiz Rufizoğlu