Son dəqiqə

HƏMAS

HƏMAS Yəhya Sinva sadiqliyini elan edib

Bakı, TurkicWorld

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları hərəkatın siyasi bürosunun rəhbəri seçilən Yəhya Sinvara sadiqliyini elan edib.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS telegram kanalından açıqlama verib.

“Qəssam Briqadaları komandir Yəhya Sinvara beyət edir və onun qərarlarını tam şəkildə həyata keçirməyə hazır olduğunu təsdiqləyib” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, HƏMAS iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyənin yerinə Yəhya Sinvarın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər