Bakı,TurkicWorld
Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi, akkreditə olunmuş təhsil müəssisələri siyahısına 118 təhsil müəssisəsini əlavə etməklə, Mədəniyyət Təqaüd Proqramını genişləndirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, bu addım milli kadrlara dəstək vermək, əmək bazarının artan ehtiyaclarına cavab vermək və Səudiyyə Vision 2030-un mədəniyyətlə bağlı məqsədlərinə nail olmaq məqsədi daşıyır.
Yeni əlavə edilənlərlə birlikdə, proqram tərəfindən dəstəklənən təhsil müəssisələrinin sayını 15 ölkədə olmaqla 278-ə çatır. Bunlar arasında ilk üç sırada 58 institut ABŞ-da, 40 institut Böyük Britaniyada və biri Rusiyada yerləşir. Tələbələr 13 mədəniyyət sahəsində təqaüd ala biləcəklər.
Yeni əlavə edilən təhsil müəssisələrinə nüfuzlu beynəlxalq universitetlər, xüsusilə də San Fransisko Universiteti, Arizona Dövlət Universiteti, Kolorado Boulder Universiteti, Royal Holloway, London Universiteti, Liverpul Universiteti, İtaliyada Padova Universiteti və İsveçdə Lund Universiteti daxildir.
Mədəniyyət Təqaüd Proqramı hərtərəflidir və mədəniyyət və incəsənət sahələrində müxtəlif ixtisaslar təklif edir.
Təqaüd alan tələbələrin təhsil xərcləri qarşılanacaq, maddi təminatı təmin ediləcək, özləri və onarların yoldaşı üçün yaşayış xərcləri ödəniləcək, sağlamlıq sığortası və səyahət biletləri təmin ediləcək, onların akademik inkişafı izləniləcək və qiymətləndiriləcəkdir.