Bakı, TurkicWorld
Biz Amerika xalqının seçdiyi istənilən liderlə işləməyə hazırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında keçirilən mətbuat konfransında deyib.
Lavrov Trampın prezidentliyi dövründə Rusiyaya qarşı intensiv iqtisadi və diplomatik sanksiyaların tətbiq edildiyini, lakin buna baxmayaraq, ən yüksək səviyyədə dialoq kanallarının açıq olduğunu bildirib.
ABŞ-ın hazırkı administrasiyası ilə heç bir dialoqun olmadığını deyən Lavrov münasibətlərin hörmətli və bərabər əsasda olması lazım olduğunu vurğulayıb.
Hafiz Rufizoğlu