Son dəqiqə

Oman

Omanda məscidin ətrafında atışmada 4 nəfər qətlə yetirilib

Bakı, TurkicWorld

Omanın paytaxtı Muskatda məscidin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Oman polisi Əl-Vadi Əl-Kəbir bölgəsindəki məscidin yaxınlığında baş verən atışmaya dərhal reaksiya verib və vəziyyəti sabitləşdirə bilib.

Regional münaqişələrdə mütəmadi olaraq vasitəçi rolunu oynayan Oman Sultanlığında silahlı insidentlər nadir hallarda baş verir. ABŞ-nin Muskatdakı səfirliyi atışmadan sonra təhlükəsizlik xəbərdarlığı barədə mesaj yayıb və çərşənbə axşamı bütün viza görüşlərini ləğv edib.

Səfirlik "X" sosial media platformasında yazıb:

"ABŞ vətəndaşları ayıq-sayıq olmalı, yerli xəbərləri izləməli və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməlidir".

Atışma yerində çəkilən foto və videomateriallarda insanların İmam Əli məscidinin yaxınlığından qaçdığı, naməlum şəxslərin avtomat silahlardan atəş açdığı görünür.

Oman Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Mövzuya görə xəbərlər