Son dəqiqə

İran Avropa İttifaqı

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzadıb

Bakı, TurkicWorld

Avropa İttifaqı (Aİ) Rusiyaya, Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ Şurasından edilən yazılı açıqlamada qeyd edilib.

Rusiyanın Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstəyi səbəbilə mayın 14-də başlayan sanksiyaların müddətinin 27 iyul 2025-ci ilə qədər uzadıldığı açıqlanıb.

Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına ildə bir dəfə baxılacaq.

Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb.

Aİ aprelin 13-də İsrailə PUA, ballistik və qanadlı raketlərlə hücumundan sonra İranı qınayıb və bu inkişafa əsaslanaraq bu sanksiyalara qərar verib.

Aİ-nin sanksiya rejiminə aktivlərin dondurulması, siyahıya alınmış şəxslərə və təşkilatlara birbaşa və ya dolayı yolla iqtisadi faydaların təmin edilməsi və Aİ-yə səfərlərin qadağan edilməsi daxildir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər