Son dəqiqə

Fələstin İsrail Qəzza

İsrail ordusu Rəfahda mülki məntəqəni hədəfə alıb

Bakı. TurkicWorld:

İsrail ordusu Rəfahda mülki məntəqəni hədəfə alıb.

TurkicWorld xəbər verir ki, hücumunda 11 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusuna aid döyüş təyyarələri Rəfah şəhərinin şərqində Səlahəddin küçəsində mülki əhalinin olduğu nöqtəni bombalayıb.

Bildirilib ki, yaralılar Qəzzanın Xan Yunus şəhərindəki Avropa Xəstəxanasına aparılıb.

Xatırladaq ki, İsrail ordusu mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər