Son dəqiqə

Fələstin İsrail İspaniya Qəzza zolağı

İspaniyada universitet tələbələri Fələstinə dəstək üçün yolu bağlayıb

Bakı. TurkicWorld:

Fələstinə dəstək üçün təxminən bir aya yaxındır İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetinin kampusunda çadır qurub gecələyən tələbələr bu gün yol bağlama aksiyası keçiriblər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, təxminən 100-ə yaxın universitet tələbəsi Madrid şəhər mərkəzində kampusdan keçən yola çadırlarını daşıyaraq nəqliyyatı 2 saat dayandırıb.

Xəbərdarlıqdan sonra polis nümayişçilərə müdaxilə edərək, dinc şəkildə etiraz edən və onlara müqavimət göstərməyən tələbələri bir-bir yoldan uzaqlaşdırıb.

Polisin fövqəladə tədbir gördüyü aksiya dincliklə başa çatıb.

"Biz sülh və dialoqun bərqərar olmasını istəyirik. İsrailin soyqırımı və etnik təmizləməsinə son qoyulmalıdır. Onun hücumları dayandırılmalıdır" – deyə tələbələr bildirib.

Tələbələr İspaniyanın baş naziri Pedro Sançesin onları dəstəklədiyini, Fələstin davasının arxasında İspaniya hökumətinin olduğunu, lakin İsraili dayandırmaq üçün daha çox addım gözlədiklərini qeyd ediblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər