Bakı. TurkicWorld:
Pakistanın Kəraçi şəhərində on minlərlə insan Fələstinə dəstək nümayişi keçirərək, İsrailin Qəzzaya hücumlarına etiraz edib.
TurkicWorld xəbər verir ki, nümayişi Camaat-i İslami Partiyası təşkil edib.
İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində "Qəzzada soyqırımı dayandırın" yazılı plakatlar qaldırıblar.
Fələstin bayraqları və keffiye geyinən nümayişçilər arasında çoxlu xristianların olması diqqət çəkib.
Camaat-e-İslami Partiyasının Kəraçi sədri Hafiz Naimur Rəhman, ABŞ-ı İsrailə hər cür silah verməklə Rəfahın işğalına icazə verməkdə ittiham edib.
"Vaşinqton bir tərəfdən atəşkəs istədiyini iddia edir, digər tərəfdən isə hücumların davam etməsi üçün İsrailə silah verməyə davam edir" – deyə o bildirib.
Hafiz Rufizoğlu







