Bakı, TurkicWorld:
Tacikistanın paytaxtı Düşənbə şəhərində Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 56-cı iclası keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat verib.
Məlumata əsasən, iclası Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın sədri və Federal Antiinhisar Xidmətinin rəhbəri Maksim Şaskolski açıb.
“Bərabər və ədalətli rəqabət mühitinin yaradılması və onun ardıcıl təşviqi iqtisadi inkişaf üçün zəruri şərtdir”, - deyə Tacikistanın Baş nazirinin birinci müavini Hokim Xolikzoda çıxışında qeyd edib.
Bundan başqa, MDB baş katibinin müavini Denis Trefilov rəqabətin qorunması və inkişafının, effektiv antiinhisar tənzimləmə sisteminin yaradılmasının MDB-yə üzv dövlətlər üçün prioritet olduğunu vurğulayıb.