Son dəqiqə

Özbəkistan Rusiya Vladimir Putin Şavkat Mirziyoyev

Putinin Özbəkistana rəsmi səfəri başa çatıb

Bakı,TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə ölkəyə gələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfəri başa çatıb.

TurkicWorld xəbər verir ki, dövlət başçılarının birgə bəyanatı imzalanıb, hökumətlərarası və idarələrarası sənədlər mübadiləsi aparılıb.

Mayın 26-da dövlət başçıları birgə “Yeni Özbəkistan” kompleksini ziyarət ediblər, Rusiya lideri Müstəqillik abidəsinin önünə əklil qoyub. Mayın 27-də dar və geniş tərkibdə yüksək səviyyəli danışıqlar aparılıb, prezidentlər ikitərəfli gündəliyin cari məsələlərini ətraflı müzakirə ediblər, əsas istiqamətlər, beynəlxalq və regional əhəmiyyətli məsələlər üzrə nümayəndə heyətləri üzvlərinin məruzələrini dinləyib və fikir mübadiləsi aparıblar.

Vladimir Putin Şavkat Mirziyoyevin müşayiəti ilə Qələbə parkını ziyarət edib, “İgidlik himni” abidəsinin önünə əklil qoyub, Özbəkistanın İkinci Dünya Müharibəsində Qələbəyə verdiyi töhfələrdən bəhs edən muzeylə tanış olub.

Səfərdən sonra Vladimir Putini Daşkənd beynəlxalq hava limanında Şavkat Mirziyoyev yola salıb.

Mövzuya görə xəbərlər