Son dəqiqə

İtaliya

İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirilib

Bakı. TurkicWorld:

İtaliyanın müdafiə naziri Guido Crosetto Ali Müdafiə Şurasının iclası zamanı xəstələndiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliya kiv-lər paylaşım edib.

Prezident Sercio Mattarellanın sədrliyi ilə keçirilən, ölkəyə qarşı daxili və xarici təhlükəsizlik təhdidlərinin və beynəlxalq hadisələrin qiymətləndirildiyi Ali Müdafiə Şurasının iclasında müdafiə naziri Guido Crosettonun narahatlıq keçirdiyi bildirilib.

Xəbər mətbuatda əksini tapdıqdan sonra siyasətçilər sosial media hesablarında Krosettonun tezliklə sağalmasını arzulayan yazılar paylaşıblar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər