Son dəqiqə

Əlcəzair Mərakeş silah-sursat

Mərakeş silah ixrac edən ölkələrdən birinə çevrilməyi hədəfləyir

Bakı, TurkicWorld

Mərakeş silah ixrac edən ölkələrdən birinə çevrilməyi hədəfləyir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, buna səbəb Mərakeşin artan hərbi büdcəsidir.

Digər bir tərəfdən Mərakeş və Əlcəzair arasında olan münaqişə rəsmi olaraq Rabatı daha aktiv hərbiləşmiş siyasət yütütməyə məcbur edir. Belə ki, Mərakeş iddia edir ki , Əlcazair Qərbi Saxaranın mübahisəli ərazisində separatçı Polisario Cəbhəsini ağır silahlarla təmin edir.

Bu səbəbdən Əlcəzairə güc göstərişi və elcə də, bölgədə yaranan “lider dövlət” boşluğu anlayışından qaynaqlaranaq, Rabat Rabat təkcə müdafiə imkanlarını genişləndirmək deyil, həm də özünü silah ixracatçısı kimi göstərmək istəyir.

Qeyd edək ki, İsrailin silah istehsalçısı BlueBird Aero Systems şirkətinin CEO-su aprelin 13-də dərc olunan müsahibəsində Mərakeş pilotsuz təyyarələri zavodunun “tezliklə fəaliyyətə başlayacağını” bildirib.

Digər bir İsrail müdafiə şirkəti Elbit, bir il əvvəl Mərakeşdə iki hava hücumundan müdafiə istehsalı sahəsi açmaq planlarını açıqlamışdı. Ehtimal olunur ki bu Kasablankada olsun.

Şirkət qısa və orta mənzilli raketlər, zirehli texnika, tanklar və kamikadze pilotsuz təyyarələr istehsal etməyi planlaşdırır.

Mərakeş və İsrail arasında hərbi əməkdaşlığın güclənməsi krallıq vətəndaşlarının fələstinlilərə dəstək və İsrailin Qəzzaya təcavüzünə qarşı açıq etirazları fonunda baş verir.

Xalqın təzyiqinə baxmayaraq, Mərakeş hökuməti çətin ki, İsrailin istehsal sahələrinin yaradılmasını gecikdirsin. Bu, son nəticədə Mərakeşə Zambiya, Seneqal və Uqanda kimi yaxınlıqdakı Afrika ölkələri də daxil olmaqla, silah ixrac etməyə imkan verəcək.

Mövzuya görə xəbərlər