Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırıb

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırıb

Bakı. TurkicWorld:

Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb.

TurkicWorld xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.

Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb.