ABŞ İsrailə 1,3 milyard dollarlıq yeni hərbi dəstək verməyə hazırlaşır

ABŞ İsrailə 1,3 milyard dollarlıq yeni hərbi dəstək verməyə hazırlaşır

Bakı. TurkicWorld:

ABŞ İsrailə 1,3 milyard dollarlıq yeni hərbi dəstək verməyə hazırlaşır

TurkicWorld xəbər verir ki, bu barədə Amerikanın Wall Street Journal qəzeti iddia edib.

Amerikanın Wall Street Journal (WSJ) qəzetinin ABŞ rəsmilərinə əsaslanan xəbərində, Vaşinqtonun İsrailə hərbi dəstəyini fasiləsiz davam etdirdiyi vurğulanıb.

Xəbərdə Bayden administrasiyasının tank sursatları, hərbi maşınlar və minaatanlardan ibarət ümumi dəyəri 1,3 milyard dollar olan yeni silah satışı paketini təsdiqləməyə hazırlaşdığı bildirilir.

Qeyd edilib ki, sözügedən satışlara 700 milyon dollar dəyərində 120 millimetrlik tank sursatları, 500 milyon dollar dəyərində taktiki maşınlar və təxminən 100 milyon dollar dəyərində 120 millimetrlik minaatanların daxil olacaq.

Hafiz Rufizoğlu