İsrailin İranın nüvə obyektlərini bombalayacağından ehtiyat edilir

İsrailin İranın nüvə obyektlərini bombalayacağından ehtiyat edilir

Bakı, TurkicWorld

Bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İsrailin İranın nüvə obyektlərini hədəfə alması ehtimalından narahatlığını ifadə edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Qrossi deyib ki, İran “təhlükəsizlik mülahizələri” səbəbindən bazar günü nüvə obyektlərini bağlayıb.

“Vəziyyət gərgin olaraq qaldığı üşün MAQATE müfəttişlərini İrandan müvəqqəti olaraq geri çağırıb”-deyə o bildirib.

Qeyd edək ki, İsrail ordusunun baş qərargah rəisi bazar ertəsi günü deyib ki, İsrail aprelin 1-də Tehranın Dəməşqdəki səfirliyinin binasına İsrailin hava hücumu təşkil etdiyi güman edilənlərə cavab olaraq, İranın həftə sonu həyata keçirdiyi hücuma raket və pilotsuz təyyarələrlə cavab verəcək.

Qeyd edək ki bu açıqlama Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısını almaq istəyən müttəfiqlərin təmkinli olmağa çağırışları fonunda verilib.

Məlumta üçün bildirək ki, İran nüvə proqramının tamamilə dinc xarakter daşıdığını deyir, lakin Qərb dövlətləri onu nüvə bombası istehsal etməkdə ittiham edir.