Yaxın Şərqdə istənilən hava hücumunun qarşısını alacağıq – Böyük Britaniya

Yaxın Şərqdə istənilən hava hücumunun qarşısını alacağıq – Böyük Britaniya

Bakı. TurkicWorld:

Yaxın Şərqdə istənilən hava hücumunun qarşısını alacağıq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin RAF təyyarələri Yaxın Şərqdə istənilən hava hücumunun qarşısını almaq üçün yerləşdirilib.

"Tələb olunduqda, mövcud missiyalarımızın əhatə dairəsi daxilində istənilən hava hücumuna mane olacağıq. İranın artan təhdidlərinə və Yaxın Şərqdə artan eskalasiya riskinə cavab olaraq, Böyük Britaniya hökuməti gərginliyin azaldılmasını təşviq etmək və gələcək hücumların qarşısını almaq üçün regiondakı tərəfdaşları ilə işləyir", - deyə Britaniya Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, İran ordusu yüzlərlə PUA ilə İsrailin bir çox şəhərini hədəf alıb.

Hafiz Rufizoğlu