Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra mexanizmi ilə müşayiət olunmalıdır - HƏMAS

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra mexanizmi ilə müşayiət olunmalıdır - HƏMAS

Bakı. TurkicWorld:

Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzaya yardımın daxil olmasını nəzərdə tutan qərarı, beynəlxalq ictimaiyyət tərəfindən mümkün qədər tez həyata keçirməyə məcbur edəcək bir icra mexanizmi ilə müşayiət olunmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə HƏMAS açıqlayıb.

"İsrail bütün beynəlxalq qərarlara məhəl qoymamağa davam edir. ABŞ administrasiyasının İsrailin müharibə cinayətlərini ört-basdır etməsi sayəsində bu terror təşkilatının sanki qanundan və məsuliyyətdən üstün olduğunu təsdiqləyir", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01