Netanyahu nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv edib

Netanyahu nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv edib

Bakı. TurkicWorld:

Netanyahu nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib.

O, ABŞ prezidenti Co Baydenlə əvvəlki razılaşmadan sonra İsrailin Rəfaha mümkün hücumla bağlı planlarını müzakirə etmək üçün ABŞ-ın imtinasına cavab olaraq İsrailin yüksək səviyyəli nümayəndə heyətinin ABŞ-a səfərini ləğv edib.

İsrailin Baş Nazirlik dəftərxanasının nüamayəndə heyətinin səfərinin ləğvindən sonra, İsrail mediası bu addımı "iki ölkə arasındakı münasibətlərdə dərin qırılma" adlandırıb.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən, daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsi qəbul edilib.

Müvəqqəti üzvlər Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub.

Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib, ABŞ bitərəf qalıb.

Hafiz Rufizoğlu