BMT Təhlükəsizlik Şurasının təcili atəşkəs çağırışını alqışlayırıq - HƏMAS

BMT Təhlükəsizlik Şurasının təcili atəşkəs çağırışını alqışlayırıq - HƏMAS

Bakı. TurkicWorld:

BMT Təhlükəsizlik Şurasının təcili atəşkəs çağırışını alqışlayırıq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İslami Müqavimət Hərəkatı (Həmas) bildirib.

“Biz bütün sionist qüvvələrin Qəzza zolağından çıxarılmasına və köçkünlərin öz evlərinə qayıtmasına imkan verəcək daimi atəşkəsin əldə edilməsinin vacibliyini vurğulayırıq. Biz hər iki tərəfdən əsirlərin azad edilməsinə imkan verən məhbus mübadiləsi prosesində dərhal iştirak etməyə hazır olduğumuzu təsdiq edirik” – deyə açıqlamada qeyd edilib.

BMT Təhlükəsizlik Şurasının qərarına toxunularaq, Qəzzanın bütün bölgələrində fələstinlilərin hərəkət azadlığının və humanitar ehtiyaclarının təmin edilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda İsrailin hücumları nəticəsində dağılan binaların dağıntıları altında ölən və aylardır dağıntılar altında qalan fələstinlilərin dəfn oluna bilməsi üçün dağıntıların çıxarılması üçün Qəzza zolağına ağır texnikanın çatdırılmasının vacibliyinə toxunulub.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən, daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsi qəbul edilib.

Müvəqqəti üzvlər Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin hazırladığı qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub.

Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib, ABŞ bitərəf qalıb.

Hafiz Rufizoğlu