Rusiyanı terror aktı barədə xəbərdar etmişdik - Ağ Ev

Rusiyanı terror aktı barədə xəbərdar etmişdik - Ağ Ev

Bakı. TurkicWorld:

ABŞ mart ayında Rusiya hökumətini Moskvada gözlənilən terror aktı barədə xəbərdar edib.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson "Reuters" agentliyinə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ hökumətinə Moskvada izdihamlarda, o cümlədən, konsertlərdə gözlənilən terror aktı barədə məlumat daxil olub və bundan sonra ABŞ Dövlət Departamenti Rusiyadakı ABŞ vətəndaşları üçün ictimai xəbərdarlıq dərc edib.

"ABŞ hökuməti bu "mütləq xəbərdarlıq" siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb", - deyə Ağ Evin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 121-dən çox yaralanan var.