Çin və Rusiya husilərlə Qırmızı dənizdə gəmiçiliklə bağlı razılığa gəlib

Çin və Rusiya husilərlə Qırmızı dənizdə gəmiçiliklə bağlı razılığa gəlib

Bakı. TurkicWorld:

Çin və Rusiya husilərlə Qırmızı dənizdə gəmiçiliklə bağlı razılığa gəlib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Yəməndə yerləşən husilər Çin və Rusiyaya bildirib.

Qeyd edilib ki, Çin və Rusiyanın gəmiləri Qırmızı dəniz və Ədən körfəzindən hücuma məruz qalmadan keçə bilər.

Ölkələr Omandakı diplomatları ilə Husilərin aparıcı siyasi xadimi Məhəmməd Əbdül Salam arasındakı danışıqlardan sonra hərəkatla anlaşma əldə edə biliblər

Lakin tərəflərdən heç biri bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Hafiz Rufizoğlu