Təkrar prezident seçilən Putin ilk rəsmi səfərini Çinə edəcək

Təkrar prezident seçilən Putin ilk rəsmi səfərini Çinə edəcək

Bakı. TurkicWorld:

Yenidən Rusiya Federasiyasının prezidenti seçilən Vladimir Putin ilk rəsmi səfərini Çinə edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar üçün may ayında ölkəyə səfər edəcək.

Səfərin böyük ehtimalla may ayının ikinci yarısında baş tutacağı gözlənilir. Kreml xəbərlə bağlı şərh bildirməkdən imtina edib, Çinin Xarici İşlər Nazirliyi isə hələlik agentliyin sorğusunu cavablandırmayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminin mayın 7-də keçiriləcəyi gözlənilir.