Qəzzada bir milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir

Qəzzada bir milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir

Bakı. TurkicWorld:

Qəzzada bir milyondan çox insan kəskin qida çatışmazlığı riski ilə üzləşir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Beth Bechdol deyib.

"İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) üç böhran səviyyəsi var. Qəzzada 1,1 milyon fələstinlinin təxminən yarısı hazırda beşinci səviyyədə təsnif edilir ki, bu da fəlakət səviyyəsi deməkdir. İnsanlar aclıq çəkir və kəskin qidalanma və nəticədə ölüm riskinin əhəmiyyətli dərəcədə artması ilə üzləşirlər", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01