Iraqda bir ildə 7 mindən çox məhbus azadlığa buraxılıb

Iraqda bir ildə 7 mindən çox məhbus azadlığa buraxılıb

Bakı,TurkicWorld

Bir il ərzində İraqda yedi mindən çox məhbus azadlığa buraxılıb. TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda İraq Prezident Aparatının açıqlamasında deyilir.

Məlumatda qeyd edilir ki, İraq prezidenti Əbdül Lətif Rəşid “bir il ərzində 7894 məhbus və məhbusun azad edilməsinə haqda göstəriş vermişdi.

2022-ci ilin oktyabrında İraq prezidenti Ədliyyə və Daxili İşlər Nazirlikləri, Milli Təhlükəsizlik Məsləhətçiliyi və Məhkəmə Nəzarəti Xidməti ilə əməkdaşlıq edərək məhbusların azadlığa buraxılması məsələsini həll etmək üçün təşəbbüs irəli sürdü.

”Təşəbbüs çərçivəsində müxtəlif qurum və idarələr arasında məlumat mübadiləsini asanlaşdırmaq, məhkumların digər hallarda axtarışda olmamalarının yoxlanılması üçün azadlığa çıxma tarixinə qədər işlərinin izlənilməsi məqsədilə “elektron sistem” yaradılıb. Elektron mexanizm bir il ərzində 7894 məhbusun sərbəst buraxılmasını sürətləndirdi”-deyə məlumatda bildirilir.

Qeyd edək ki daha oncə İraq KİV-ləri ölkənin Ədliyyə Nazirliyindəki rəsmi mənbəyə istinadən, müxtəlif səbəblərdən məhbusların azad edilməsinin ləngidiyi, eləcə də həbsxanaların əksəriyyətində sıxlığın olduğu haqda məlumatlar dərc etmişdi.

Məlumatlara əsasən, həbsxanalarda terror, narkotik və digər cinayətlərdən tutmuş müxtəlif cinayətlərə görə həbs edilən 64 min məhbus var.