Terroru məhv etmək hədəfimizdə qərarlıyıq - Ərdoğan

Terroru məhv etmək hədəfimizdə qərarlıyıq - Ərdoğan

Bakı. TurkicWorld:

Biz bu və ya digər şəkildə terroru məhv edəcəyik, bu məsələdə qərarlıyıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"PKK/PYD/YPG terror təşkilatı İraqın sabitliyinə, inkişafına və sülhə təhdiddir. Bu təhlükənin aradan qaldırılması İraqın da xeyrinədir. Bildiyiniz kimi, İraq bu yaxınlarda terror təşkilatı PKK-nı qadağan olunmuş təşkilat elan edib. Xüsusilə İraq və Suriyadakı terror bataqlığı təkcə bizim işimizlə deyil, həm də hər iki ölkənin administrasiyalarının birgə səyləri ilə məhv ediləcək", - deyə o vurğulayıb.

X: Lamanasadli01