Kreml Putinin Türkiyə səfərinin vaxtının operativ təsdiqini gözləyir

Kreml Putinin Türkiyə səfərinin vaxtının operativ təsdiqini gözləyir

Bakı. TurkicWorld:

Prezident Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi hələ bəlli deyil, lakin bu məsələ operativ şəkildə razılaşdırılacaq.

TurkicWorld xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə Prezident Rəcəb Tayyib Ərdoğanın martın sonunda Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Vladimir Putini ölkəsində gözlədiyi barədə bəyanatına münasibət bildirərkən deyib.

Dmitri Peskovun sözlərinə görə, hazırda səfərin dəqiq vaxtı bilinməsə də, bu məsələ diplomatik kanallar vasitəsilə çox operativ şəklidə razılaşdırılacaq. Səfər uzun müddətdir ki, hazırlıq mərhələsindədir.

"Biz həmin səfəri səbirsizliklə gözləyirik. Səfər zamanı ilk növbədə, bizim ikitərəfli münasibətlərimiz və ticarət-iqtisadi əlaqələrimiz, həmçinin beynəlxalq və regional məsələlər müzakirə edilməlidir", – deyə Kremlin nümayəndəsi vurğulayıb.