Bakı. TurkicWorld:
Bayden və Sisi Qəzzada atəşkəs addımlarını müzakirə ediblər.
TurkicWorld AzerVoice-ə xəbər verir ki, iki lider arasında telefon danışığı baş tutub.
Sisi və Bayden Misir, Qətər və ABŞ-ın Qəzza zolağında vəziyyəti sakitləşdirmək, atəşkəs əldə etmək, əsirlərin mübadiləsi və humanitar yardımın çatdırılmasını təmin etmək üçün birgə səylərini müzakirə ediblər.
Misir prezidenti daimi atəşkəsin təmin edilməsinin və Qəzzaya humanitar yardımların daxil olmasının vacibliyini vurğulayıb.
O, İsrailin mülki əhalini hədəf alan hücumlarını pisləyib və bu hücumların artması təhlükəsi barədə xəbərdarlıq edib.
ABŞ prezidenti Bayden də Misirin atəşkəsi və Qəzzaya humanitar yardımın daxil olmasını təmin etmək səylərini yüksək qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, 29 fevral tarixində İsrail ordusu Qəzza zolağının şimaldan cənuba birləşdirən Rəşid küçəsindəki Nablusi qovşağında humanitar yardım gözləyən fələstinliləri bombalayaraq və atəş açaraq hədəf alıb, hücumda 112 fələstinli ölüb, 760 fələstinli yaralanıb.
Hafiz Rufizoğlu