Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmalıdır - Yıldız

Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmalıdır - Yıldız

Bakı. TurkicWorld:

Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmalıdır.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

"Bundan başqa hər hansı bir həll onsuz da İslam dünyasında qəbul edilməyəcək. Əslində, dünya ölkələri də qəbul etməz", - deyə o əlavə edib.

Türkiyə XİN nümayəndəsi onu da bildirib ki, Haaqada İsrailin işğalının qanunsuzluğu ilə bağlı tezislər müdafiə olunub.

"Bir çox hüquqlar və qaydalardan bəhs edilir, lakin təəssüf ki, İsrailə gəldikdə, tətbiq olunmur. Əslində, məsələnin əsl həlli İsrailin beynəlxalq legitimliyə qayıtmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, 26 fevral tarixində Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Haaqada Türkiyə XİN adından təqdimatda çıxış edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01