Fələstinə əlavə 10 milyon avro yardım ediləcək – İtaliya XİN

Fələstinə əlavə 10 milyon avro yardım ediləcək – İtaliya XİN

Bakı. TurkicWorld:

Fələstinə əlavə 10 milyon avro yardım ediləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyub.

O, humanitar böhranın ağırlaşması ilə əlaqədar Fələstin vətəndaşlarına əlavə 10 milyon avro yardım edəcəklərini açıqlayıb.

Tajani, İsrailin hücumu altında olan Qəzzada vəziyyətin "dramatik" olduğunu, əhalinin 85 faizinin evlərini tərk etdiyini və çoxlu mülki itkilərin olduğunu bildirib.

"Humanitar böhranın pisləşməsi ilə əlaqədar olaraq, yardımımızı 10 milyon avro artırmaq qərarına gəldik. Bu məbləğ dekabr ayında Fələstin mülki əhalisi üçün ayırdığımız 10 milyon avroya əlavə edildi. Verilən yardım Qəzzada sağlamlıq və qida təhlükəsizliyi sahələrində prioritet ehtiyacların ödənilməsinə yönəldiləcək, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yeni layihələrin maliyyələşdirilməsini təmin edəcək" – deyə nazir qeyd edib.

Tajani bildirib ki, İtaliya iki dövlətli həll yolunu dəstəkləyir.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Hafiz Rufizoğlu